2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilinə təxminən 7,1 milyard avro xərclənəcək.
Bu məbləğ köhnə idman obyektlərinin yaxşılaşdırılması və yenilərin tikintisi üçün istifadə ediləcək.
Səlahiyyətli nümayəndələr 2016-cı ildə olimpiadanın 6,5 milyard avroya başa gələcəyinə dair plan təqdim edib. Müşahidəçilər bu rəqəmin arta biləcəyini istisna etmir.
Xərclərin müəyyən hissəsi özəl investisiyalar hesabına qarşılanacaq. Bunun 1,2 milyardı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ödəniləcək.
Paris Yay Olimpiya Oyunları 2024-cü ilin 26 iyul - 11 avqustunda olacaq.
Report