pasa-kapital-dan-telebe-ve-mezunlar-ucun-tecrube-proqrami-qeydiyyat-basladi

"PAŞA Kapital"dan tələbə və məzunlar üçün təcrübə proqramı - QEYDİYYAT BAŞLADI

PAŞA Kapital İnvestisiya Şirkəti iyul - avqust aylarında ali təhsil müəssisələrinin tələbə və məzunları üçün təcrübə proqramı elan edir.

PAŞA Kapitalın təşəbbüsü ilə keçiriləcək təcrübə proqramı əsasən İqtisadiyyat, Maliyyə və  Biznesin Təşkili ixtisas yönümlü 4-cü kurs bakalavr məzunları, magistr və ya MBA pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Bu proqrama qatılmaqla tələbələr, istər yerli kapital bazarları, istərsə də xarici maliyyə birjaları üzrə müştərilərlə iş prosesinin praktiki iştirakçısı olacaq, həmçinin bu sahədə analitik biliklərini inkişaf etdirəcəklər.

İki aylıq təcrübə proqramında iştirak haqqı qazanmış namizədlərə “Daxili və xarici bazarda vasitəçilik (brokerage)” və “Marja ticarəti (Beynəlxalq Maliyyə Bazarları)” sahələri üzrə nəzəri biliklərini praktikada tətbiq etmək və ölkənin lider investisiya şirkətinin real iş mühiti ilə yaxından tanış olmaq fürsəti veriləcək.

Təcrübə proqramının sonunda tələb olunan şərtlərə cavab verən tələbələr işlə təmin olunacaqlar.

PAŞA Kapital təcrübə proqramı ilə bağlı ətraflı məlumat almaq üçün pashacapital.az saytının “Karyera” bölməsinə keçid edə bilərsiniz.