pasha-holding-in-emekdaslari-mayin-1-ne-qeder-evden-isleyecek

“Pasha Holding”-in əməkdaşları mayın 1-nə qədər evdən işləyəcək

Artıq bir neçə aydır ki, tüğyan edən  COVID-19 virusun yayılmasının məhdudlaşdırılması, arzuolunmaz nəticələrin qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilir.
 
Bu tədbirlərdən biri də  ölkəmizdə aprel ayının 20-nə qədər elan edilmiş xüsusi karantin rejimidir. Bir müddətdir evdən əmək fəaliyyətini davam etdirən insanları  maraqlandıran əsas məsələlərdən biri də karantin rejiminin təyin edilmiş tarixdə bitəcəyi və ya bu müddətin  uzadılacağıdır. Bəzi şirkətlər artıq önləyici tədbir məasədilə vaxtı uzatmaq qərarına gəlib.

İnsider.az-ın etibarlı mənbələrdən aldığı məlumata görə, bu qurumlardan biri  evdən iş rejimini may ayın birinə qədər uzadan “Pasha Holding”-dir.

Məqsəd əməkdaşları tüğyan edən pandemiyadan qorumaq, mövcud şəraitdə holdinqin işini davam etməkdir.

Qeyd edək ki, Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətdir. 1 noyabr 2006-cı il tarixdən fəaliyyət göstərən şirkət işini beynəlxalq biznes standartları – effektiv menecment, korporativ idarəetmə və düşünülmüş investisiya qərarları əsasında qurur. Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir.