Ermənistanın baş naziri Nikol Paşinyan 8-9 noyabr 2020-ci il tarixlərində Rusiya Prezidenti Vladimir Putinlə 20-yə yaxın telefon danışığı aparıb.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə hökumət başçısının özü parlamentin İkinci Qarabağ müharibəsinin şəraitinin araşdırılması üzrə komissiyasının iclasında bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibə zamanı Putinlə telefon danışıqlarının sayı ümumilikdə 60-a yaxın olub.