pasinyan-deputat-mandatindan-imtina-edib

Paşinyan deputat mandatından imtina edib

Ermənistanın Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan 18 nəfər deputatlığa namizədin öz mandatından imtina etdiyini açıqlayıb.

Smbatyanın sözlərinə görə, onların arasında Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan da var.

Ümumilikdə isə 16 nəfərin Baş nazirin, 2 nəfərinsə keçmiş prezident Robert Koçaryanın blokundan olduğu bildirilib.

Qeyd edək ki, dünən Koçaryan özü də deputat mandatından imtina etdiyini açıqlayıb.

Oxu.Az