pasinyan-ermenistan-azerbaycanin-erazi-butovluyunu-taniyir

Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı tezliklə Azərbaycanla sülh sazişinin bağlanmalı olduğunu vurğulayıb.

O bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası üzrə Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Oxu.Az