Ermənistanın Xarici İşlər Nazirliyi ətrafında gərgin vəziyyət davam edir.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Artıq hökumət tərəfindən seçkidən öncə Nikol Paşinyan və partiyasına qarşı çıxan XİN əməkdaşlarına qarşı qisas əməliyyatı başlayıb.
Belə ki, keçmiş XİN rəhbəri Ara Ayvazyanın dövründə təyin olunan heç kimin ölkənin xarici nümayəndəliklərində təmsil olunmamasına qərar verilib.
Daha əvvəl ailələri ilə ölkə xaricinə çıxmasına icazə verilməyən 10 diplomatın sosial şəbəkə hesabları da hökumət tərəfindən nəzarətə götürülüb.
Qeyd olunur ki, sözügedən sosial şəbəkə hesablarında “Vətəndaş sazişi” Partiyasına (Nikol Paşinyanın partiyası) dair hər hansı bir mənfi söz, hətta başqa paylaşımları bəyənmə aşkarlanması artıq həmin diplomatın xaricdə işləmək imkanlarının üzərindən xətt çəkə, hətta onun karyera yüksəlişinə birdəfəlik son qoya bilər.
Nikol Paşinyanın isə XİN-lə bağlı mövqeyi dəyişməz olaraq qalıb. O, XİN kollektivini bağışlamamaqda qərarlıdır.