pasinyan-etiraf-etdi-qarabag-azerbaycanindir-zengezur-dehlizine-engel-olacaq-gucumuz-yoxdur

Paşinyan etiraf etdi: Qarabağ Azərbaycanındır, Zəngəzur dəhlizinə əngəl olacaq gücümüz yoxdur

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzurun icra orqanlarının rəhbərləri ilə görüş keçirib.

Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, görüş zamanı Nikol Paşinyan Qarabağla bağlı etiraflar səsləndirib.

O, Qarabağın Azərbaycanın olduğunu söyləyib və görüşdə iştirak edənlərdən də bu fikri qəbul etmələrini istəyib.

“Qarabağ Azərbaycanındır, bizi 30 il ərzində aldadıblar, məsələnin sonu da baş verənlər kimi olmalıydı”, - deyə o qeyd edib.

Görüş çərçivəsində Nikol Paşinyanın erməni ictimaiyyətində sensasiya kimi qarşılanan daha bir etirafı da diqqətdən yayınmayıb. O, faktiki olaraq Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əngəl olacaq gücdə olmadığını etiraf edib.

Nəşr qeyd edir ki, Nikol Paşinyan görüş zamanı ölkəsinin yolları bağlaya bilməyəcəyini, Azərbaycana Naxçıvana gediş-gəliş üçün yol verməyə məcbur olduğunu vurğulayıb. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni hərb yolu ilə də həll edə bilər.

“Bizim isə buna müqavimət göstərmək üçün resurslarımız yoxdur”, - deyə N.Paşinyan bildirib.