pavel-durov-yemekden-tamamile-imtina-edib

Pavel Durov yeməkdən tamamilə imtina edib

Pavel Durov iyun ayında fikir aydınlığı və “Telegram” üçün yeni ideyalara görə yeməkdən tamamilə imtina edib.

İnsider.az bildirir ki, Durov bu barədə öz kanalında yazıb.

Öz publikasiyasında Durov pəhrizində məhdudiyyətləri necə tətbiq etdiyindən danışır.

Belə ki, may ayında o, ancaq balıq və dəniz məhsullarını yeyib. Onun sözlərinə görə, belə pəhriz məhsuldarlığı artırmağa kömək edir və insanlara “təkamül baxımından” daha uyğundur.

“Əgər fermer yolu ilə yetişdirilmiş əti və kənd təsərrüfatı məhsullarını insanlar nisbətən yaxınlarda yeməyə başlayıblarsa, od üzərində hazırlanmış balığı əcdadlarımız hələ milyon illər əvvəl yeyirdilər”, - Durov yazır.

Yayın əvvəlindən Durov özünə daha kəskin məhdudiyyətlər qoyub.

“Bu ay mən daha radikal bir şeyə – tamamilə yeməməyə cəhd edəcəyəm. Son altı gündə mən ancaq su içirəm və hələ ki, özümü əla hiss edirəm. Yeməkdən imtina fikir aydınlığını artırdığı üçün mən işim üzrə çox şeyi etməyi çatdırmışam”, - deyə o qeyd edir.

Durovun fikrincə, ac qalma “həzm sistemini təmizləməyin və yeniləməyin, həmçinin immun sisteminə daim daxil olan qidadan təmizlənmədən savayı, başqa şeylə də məşğul olmağa imkan verməyin əla yoludur”.

“Çox güman, mən əzələ kütləmi itirə bilərəm, lakin ola bilsin ki, aclıq müddətində “Telegram” üçün yeni ideyalar fikirləşməyə nail olum və bu, o deməkdir ki, bütün bunlar yekunda milyonlarla istifadəçiyə faydalı olacaq”, - Durov yazır.

Öz publikasiyasında Durov qeyd edir ki, son 15 ildə o, spirtli içkilər, kofe içmir, ət və fəstfud yemir və həb qəbul etmir. Onun sözlərinə görə, bu illər ərzində cəmi bir dəfə soyuqdəyməsi olub.

Əlavə olaraq, Durov bir il əvvəl yumurta, süd məhsulları, fruktoza və qlütendən imtina edib.

Samirə Məmmədova