paytaxtda-bas-veren-partlayisin-sebebi-melum-oldu-yenilenib-video

Paytaxtda baş verən partlayışın səbəbi məlum oldu – YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Bu barədə FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

00:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Səbail rayonu, Nizami küçəsində yeraltı rabitə xətlərində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Məlumat daxil olduqdan dərhal sonra Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.

Yanğın söndürülüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə baş verən ərazidədir.

İlkin ehtimala görə, Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə zamanı xəsarət alan olmayıb. Bildirlib ki, vəziyyət nəzarət altındadır. 

00:04

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Ərazi boşaldılıb və insanların həmin hissəyə girişi qadağan edilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

23:33

Paytaxtın Nizami küçəsində partlayış baş verib. 

Bu barədə məlumat sosial şəbəkələrdə video şəklində paylaşılıb. Baş verən partlayışın səbəbi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

Oxu.Az