Yasamal rayonu ərazisində elektrik enerjisinin verilişində fasilələr olacaq.
İnsider.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu xidməti ərazisində yerləşən 669 saylı transformator məntəqəsində yenidənqurma və cari təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq, rayonun Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinin elektrik enerjisi ilə təchizatında bu gün saat 10:30-dan 12:00-dək qısamüddətli fasilə yaranacaq.