paytaxtin-merkezi-yollarindan-birinde-hereket-mehdudlasdirilacaq

Paytaxtın mərkəzi yollarından birində hərəkət məhdudlaşdırılacaq

Aprelin 2-si Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. 

Bildirilib ki, 2 aprel saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.