paytaxtin-uc-rayonunda-qaz-olmayacaq

Paytaxtın üç rayonunda qaz olmayacaq

Xəzər rayonu, Binə qəsəbəsində diametri 219 mm və 76 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Cavanşir küçəsində diametri 325 mm olan qaz xəttində və Yasamal rayonu, Yeni Yasamal ərazisində diametri 530 mm olan qaz xəttində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədi ilə 29.02.2024-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Binə qəsəbəsinin bir hissəsi), Xətai rayonunun (Cavanşir, Sadıqcan, Qədir Məmmədov və M.Hadi küçələri) və Yasamal rayonunun (2-ci Alatava, Yeni Yasamal 1, 2 yaşayış massivləri, Şərifzadə, Ə.Əhmədov, Talıblı, Zərdabi, 7-ci Alatava, Kənar dairəvi, General Həmidov, V.Əliyev, Z.Kazımov, X.Dadaşov, D.Bünyadzadə, Ü.Əkbərov, M.Həsənov, K. Rəhimov və X. Musdafayev küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.