pboc-cinin-reqemsal-pulu-libra-ya-oxsar-olacaq

PBOC: Çinin rəqəmsal pulu "Libra"ya oxşar olacaq

Çiin Mərkəzi Bankından (PBOC) verilən açıqlamaya görə, Çinin rəqəmsal valyutası, "Facebook"un bazara çıxarmağa hazırlaşdığı "Libra"sı ilə oxşar olacaq və "Wechat" və "Alipay" kimi əsas ödəniş platformalarında istifadə ediləcək.

İnsider.az xəbər verir ki, PBOC-da ödənişlər departamentinin müavin direktoru Mu Changchun, bu rəqəmsal puun ölkənin valyuta suverenliyini qoruyub saxlayacağını söyləyib.

Mu, "Elektron ödəmə üsulları bu qədər inkişaf etmişkən mərkəzi bank nə üçün belə bir rəqəmsal pul çıxarır? Valyuta suverenliyimizi və qanuni pul vahidi statusumuzu qorumaq üçün. Pis günlər üçün irəliyə doğru plan qurmağımız lazımdır",- ifadələrini istifadə edib.