pentaqon-20-dovletde-herbi-obyektler-tikecek

Pentaqon 20 dövlətdə hərbi obyektlər tikəcək

ABŞ-ın Ordu Mühəndislər Korpusu Yaxın Şərq və Orta Asiyanın 20 ölkəsində hərbi obyektlərin inşası layihəsini həyata keçirəcək.

Müvafiq təşəbbüs 240 milyon dollar dəyərində qiymətləndirilir.

Hava limanları, lazımi infrastruktur, magistral yollar, limanlar, xəstəxanalar, istehsal müəssisələri, elektrik stansiyaları və su təchizatı şəbəkələri daxil olmaqla hərbi obyektlərin strukturunun dizayn edilməsi podratçılara həvalə edilib.

Layihə həmçinin bütün növ təyyarələr üçün uçuş-eniş zolaqları, taksi yolları və sair inzibati binaların inşasını əhatə edir.

Pentaqon Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan kimi bölgələri yeni obyektlərin inşası üçün ərazilər olaraq təyin edib.