pentaqon-atmosfere-portuqaliya-ve-ya-isvecden-cox-parnik-qazi-buraxir

Pentaqon atmosferə Portuqaliya və ya İsveçdən çox parnik qazı buraxır

ABŞ Müdafiə Nazirliyi Portuqaliya və ya İsveç kimi sənayesi inkişaf etmiş ölkələrdən qat-qat çox parnik qazı tullantıları yaradaraq, dünyada hasil olunan yanacağın ən iri institusional istehlakçısıdır. İnsider.az bu barədə xəbəri “CNBC”-yə istinadla çatdırır.

Braun Universitetinin araşdırması göstərib ki, Pentaqon 2001-ci ildən 2017-ci ilədək atmosferə 1,2 milyard parnik qazı buraxıb. Bu o deməkdir ki, Pentaqon ölkələr siyahısına əlavə edilsəydi, tullantıları onu dünyada parnik qazları üzrə 55-ci mənbə edərdi.

Ordu və silahlanmanın istifadəsi və yerdəyişməsinə, əsasən reaktiv və dizel yanacağının yandırılması hesabına, müdafiə nazirliyinin enerji istelakının 70%-i düşüb.

Xatırladaq ki, 2017-ci ildə ABŞ prezidenti Donald Tramp iqlim üzrə Paris sazişindən çıxmağı qərara aldı. Sazişi 2015-ci ildə demək olar, 200 ölkənin nümayəndəsi qəbul edib. O, planetdə orta temperatur artımını 2°C-dən “qat-qat aşağı” tutmaq və sənayedən qabaqkı səviyyə ilə müqayisədə 1,5°C ölçüdə olan temperatur artımının məhdudlaşdırılması üçün “səy göstərməyə” yönlənmişdi.

Samirə Məmmədova