“Pepsi” “Aquafina” içməli suyunun qablaşdırmasının dəyişməsi üzrə pilot layihə işə salır. İçməli su 2020-ci ildən alüminium bankalarda satılacaq. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.
Nəşr bildirir ki, “Aquafina” ABŞ-da “Coca-Cola”-ya məxsus “Dasani” ilə yanaşı ən çox satılan içməli sudur.
Şirkət yeni qablaşdırmada olan su ilə stadionları, restoranları və bəzi mağazaları təmin edəcək.
“Pepsi” bildirib ki, “LifeWtr” premium-brend suyu ancaq təkrar emal edilmiş plastik butulkalarda satılacaq. “Bubly” adlı qazlı su da artıq plastikdə deyil, ancaq bankalarda buraxılacaq.
“Pepsi”nin qiymətləndirməsinə görə, bu dəyişikliklər perspektivdə istehsalatda plastik istifadəsini 8000 tona qədər azaltmağa imkan yaradacaq. Bunun sayəsində parnik qazı tullantısının həcmi 11000 ton azalacaq.
Şirkət qarşısında məqsəd qoyub: 2025-ci ilə qədər onun bütün qablaşdırmaları təkrar emal edilən, komposta çevrilən və bioçürüyən olmalıdır.
Samirə Məmmədova