petkim-iki-mukafat-alib

“Petkim” iki mükafat alıb

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) HoldingA.Ş” iki mükafata layiq görülüb.

İnsider.az xəbər verir ki, Egey İxracatçı Birliklərinin təşkil etdiyi “İxracın ulduzları” mükafatlandırma mərasimində “Petkim” “Egey bölgəsinin ən çox ixracat həyata keçirən şirkəti” və kimya sektorunda “Ən çox ixracat həyata keçirən şirkət” mükafatlarının sahibi olub.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

©Report