“Petkim” mövcud olduğu 56 ilin maliyyə rekordunu qırdı”.
Bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərində baş tutan mətbuat konfransında deyib.
O bildirib ki, 2021-ci ilin ilk doqquz ayında yüksək nəticələr əldə edilib və gələcəkdə daha böyük rəqəmlərə nail olunması gözlənilir.
Zaur Məmmədov vurğulayıb ki, hazırda “Petkim”in EBİTDA-sı (ümumi gəlir) 380 milyon dollar məbləğindədir.
Bu nəticənin əldə edilməsində 2021-ci ildə icra olunan “Değer Benim” layihəsinin səmərəsi böyük olub:
“Petkim” zavodunun bizim üçün əhəmiyyəti böyükdür. Zavod illik 3,6 milyon ton istehsal gücünə malikdir. 78 ölkəyə ixracat həyata keçirilir. Əsas bazar bizim üçün Türkiyədir. Türkiyənin neft-kimya məhsulları üzrə ehtiyacının təxminən 16 faizini qarşılanır”.
Qeyd edək ki, pandemiyaya və məhsulların qiymətlərinin aşağı düşməsinə baxmayaraq, “Petkim” 2020-ci ildə əməliyyat gəlirliliyini 21 faiz artıraraq 1,9 milyard lirəyə çatdırıb.
Pandemiya dövründə daxili bazara önəm verən “Petkim”in 2019-cu ildə 60 faiz olan daxili satış payı 2020-ci ildə 67 faizə yüksəldi. Xalis mənfəət isə 14 faiz artaraq 1,1 milyard lirəyə çatıb.
Oxu.Az