Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” nizamnamə kapitalının 28% artırılması qərarı çərçivəsində Türkiyənin Sərmayə Bazarı Qurumuna müraciət edib.
İnsider.az xəbər verir ki, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.
Qeyd edək ki, aprelin 29-da şirkətin ümumi yığıncağında nizamnamə kapitalının 28% artırılaraq 1,650 mlrd. lirədən 2,112 mlrd. lirəyə çatdırılması qərara alınıb. Məlumata görə, 462 mln. lirə məbləğindəki artım əvvəlki illərin mənfəəti hesabına qarşılanacaq.
SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir. "Petkim"in qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.
©Report