peyvend-vurdurmus-amerikalilar-maska-taxmayacaq-foto

Peyvənd vurdurmuş amerikalılar maska taxmayacaq - FOTO

Koronavirusa qarşı peyvənd vurdurmuş amerikalılara maskalardan imtina etməyə icazə verilib.

Lenta.ru-nun məlumatına görə, bu barədə Ağ Evin “Twitter” hesabında məlumat verilib.

“ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzindən (CDC) gələn vacib xəbər: Tam vaksinasinasiyadan keçdiyiniz təqdirdə, evdə və ya açıq havada bir çox hallarda maska ​​taxmanıza ehtiyac yoxdur”, - deyə ismarıcda bildirilir.

Qeyd edək ki, mart ayında ABŞ Prezidenti Co Bayden 4 iyul tarixinin ABŞ sakinləri üçün yalnız Müstəqillik Günü kimi deyil, həm də koronavirusdan qurtulacaqları gün kimi qeyd ediləcəyinə söz verib. Bu tarixə qədər ölkə vətəndaşlarının 70 faizinin peyvənd vurdurması planlaşdırılır.