pfizer-in-koronavirus-peyvendi-95-tesirli-cixdi

Pfizer-in koronavirus peyvəndi 95% təsirli çıxdı

 Pfizer-in yaydığı məlumata görə, Kovid-19-a qarşı hazırlanan peyvənd 95% təsirlidir.

Pfizer Inc. şirkəti, son kliniki təcrübələrə bağlı məlumatların, BioNtech şirkətilə birlikdə Kovid-19-a qarşı inkişaf etdirilən peyvəndin 95% təsirli olduğunu göstərdiyini açıqlayıb.

İnsider.az xəbər verir ki, Pfizer, ABŞ qurumlarından tələb olunan təsdiqi almaq üçün müraciət edən ilk peyvənd şirkəti olmağa hazırlaşır.

Pfizer və BioNtech inkişaf etdirilən peyvəndin 44 minə yaxın insan üzərində sınaqlardan keçirildiyini, bütün yaş və etnik seqmentlərdə təsirli olduğunu və ciddi yan təsirlərinin olmadığını açıqlayıb.

Moderna və Pfizer, son günlər Kovid-19-a qarşı hazırlanan peyvənd işləri ilə əlaqədar ümidverici açıqlamalar verirlər.

AstraZeneca və Oxford Universitetinin də yaxında təcrübə nəticələrinə bağlı məlumat yayacaqları gözlənilir.

Moderna şirkəti, 30 min nəfər üzərində apardığı sınaqların nəticələrinə əsasən, hazırladığı peyvəndin 94.5% təsirli olduğunu açıqlayıb.

Marja