Fitch Ratings beynəlxalq reytinq agentliyi Pfizer əczaçılıq şirkətinin uzunmüddətli emitentin defolt reytinqini (IDR) "A" səviyyəsində təsdiqləyərək, reytinqin proqnozunu "müsbət"dən "sabit"ə dəyişib.
Proqnoza yenidən baxılması "Pfizer"in "Seagen"i təxminən 43 milyard dollara almaq niyyəti barədə açıqlamasını əks etdirir. Bu alışın 31 milyard dollarlıq hissəsi uzunmüddətli borc ilə maliyyələşdiriləcək. Fitch hesab edir ki, sövdələşmə orta müddətli dövrdə borcun EBITDA nisbətinə mənfi təsir göstərə bilər.
Martın əvvəlində Pfizer xərçəng biotexnoloji şirkəti "Seagen"i 43 milyard dollara satın almağa razılaşdığını elan edib.
Pfizer Inc. 1849-cu ildə ABŞ-da təsis edilib, əczaçılıq sənayesində dünya liderlərindən biridir. Şirkətin baş ofisi Nyu Yorkda yerləşir və əsas tədqiqat və inkişaf mərkəzi Konnektikut ştatının Qroton şəhərindədir.
Marja