philip-morris-cerimelenib

“Philip Morris” cərimələnib

Rusiyanın Federal Antiinhisar Xidməti siqaretlər barədə elektron reklam yayımına görə “Philip Morris” tütün şirkətinin rusiyalı bölməsini 100 min rubl məbləğində cərimələyib.

İnsider.az bu barədə “Kommersant”-a istinadla xəbər verir.

Federal Antiinhisar Xidmətin ismarışında deyilib ki, “şirkət, elektron poçtlara məktublar göndərərək, “L&M” siqaretlərini reklam edib” və bu, da “birbaşa rekam haqqında qanuna ziddir”.

Qeyd edək ki, elektron poçtdakı siqaret reklamına adı çəkilməyən vətəndaş şikayət edib. Qurum xatırladıb ki, Rusiyada tütün, tütün məhsulları və siqaret ləvazimatlarını reklam etmək, o cümlədən reklamı internet üzərindən həyata keçirmək qadağandır.

Samirə Məmmədova