Tütün məmulatlarının istehsalı üzrə dünya lideri "Philip Morris International" ənənəvi tütün məmulatlarına tələbin azalmasına görə "Altria" şirkəti ilə birləşmək barədə danışıqlar aparır.
İnsider.az xəbər verir ki, 121 milyard ABŞ dolları həcmində kapitallaşması olan "Philip Morris" və "Altria" (88 milyard dollar) hər hansı pul ödənişləri olmadan səhmlərin əvvəz edilməsi yolu ilə birləşməyi planlaşdırırlar.
Qeyd edilir ki, "Philip Morris" gələcək konqlomeratın təxminən 59%-nə nəzarət edəcək.
Bu xəbərlərdən sonra "Philip Morris"in səhmləri 7,7% azalıb, "Altria"ın - 7,6% artıb.
©Finans.az