phystech-ventures-in-adi-deleduzluqda-hallanir

“Phystech Ventures”-in adı dələduzluqda hallanır

“Phystech Ventures” vençur fondunun partnyoru Pyotr Lukyanov investor kimi özlərini təqdim edən, lakin görüşdən öncə pul tələb edən naməlum şəxslər barədə xəbərdarlıq edib.

İnsider.az xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, naməlum şəxslər “Phystech Ventures” saytının kopiyasını edib “böyük sayda komandalara” təkliflər göndəriblər.

Problem barədə “TerraVC” fondu da bilir. Fondun nümayəndəsi “Rusbase” resursuna bildirib ki, son həftədə dərhal bir neçə şirkət və startaplar özlərini “Phystech Ventures”, xüsusilə də Pyotr Lukyanovun partnyoru kimi təqdim etmiş naməlum investorların onlarla bağlantı yaratdığını danışıblar.

“Dələduzlar layihəni maliyyələşdirməyə hazır olduqlarını, uzun yazışmalar apardıqlarını, guya layihələri təhlil etdiklərini və məlumat sorğuladıqlarını, hətta görüş tyin etdiklərini (adətən bu görüş başqa şəhərdə olur) deyirlər, lkin buna kimi biletlər və partnyorun yerləşməsinə görə ödəniş qismində pul yollamağı tələb edirlər”, - deyə “TerraVC”-nin mətbuat-xidməti deyib.

Samirə Məmmədova