pirallahidaki-derman-istehsali-zavodunun-tikintisi-suretlendirilecek

Pirallahıdakı dərman istehsalı zavodunun tikintisi sürətləndiriləcək

“İran və Azərbaycan arasında ticarət əlaqələri uğurla inkişaf edir”.

İnsider.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş Sənaye” MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bu ilin ilk 2 ayı ərzində iki ölkənin ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çox olub. Bu, çox yüksək artımdır. Bugünkü mərasim çərçivəsində İranın sənaye, mədən və turizm naziri Rza Mehmani ilə yeni layihələrlə bağlı fikir mübadiləsi apardıq”, - o deyib.

Nazir Pirallahı Sənayə Məhəlləsində təməli qoyulmuş dərman istehsalı zavodu barədə də danışıb. O deyib ki, sözügedən zavodunun tikintisi sürətləndiriləcək.

R.Mehmani isə bildirib ki, iki ölkə arasında ticari əlaqələrin inkişafı üçün böyük potensial mümkündür. Onun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən daha geniş istifadə olunmalıdır.

©“Report”