Oturaq həyat tərzi kimi, yanlış qidalanmanın zərəri barədə də hamı bilir. Lakin bilmək və dərk etmək fərqli şeylərdir. Müntəzəm şəkildə budetrbrod və fəstfudla qidalanaraq, gündəlik rasiona diqqət etməsək, gələcəkdə möhkəm sağlamlığa ümid etməyə dəyməz. “Sən yediyin şeysən” ifadəsindən bayağısı yoxdur, lakin elm işlərin məhz belə olduğunu sübut edir.
Yaxın zamanda Böyük Britaniyada yeniyetmə görmə qabiliyyətini itirdi. O, yorğunluğa şikayətlənərək, ilk dəfə 14 yaşında həkimə müraciət edib. Daha bir il sonra oğlan yenə həkim kabinetə gəlməli oldu, lakin bu dəfə onu qismən eşitmə qabiliyyətinin itkisi narahat edir və görmə qabiliyyətilə bağlı problemləri müşahidə olunurdu. O, otolarinqoloq və oftalmoloqa göndərildi, lakin həkimlər yeniyetmənin səhhətinin səbəbini tapa bilmədilər. Bəs onunla nə baş verdi?
Çips və kolbasa ilə qidalandıqda nə olar?
Hazırda 17 yaşı olan yeniyetmənin adı konfidensiallıq səbəbindən açıqlanmır, buna görə də gəlin şərti olaraq onu Tom adlandıraq. Belə ki, mütəxəssislərin baxışından sonra Tom Bristol göz xəstəxanasına göndərildi. Yeniyetməni neyrooftalmoloq müayinə etdi və görmə sinirinin zədələnməsi (görmə sinirinin nevropatiyası) diaqnozu qoydu. Növbəti müayinə yeniyetmənin vəziyyətinin səbəbini aşkar etdi – o, olduqca pis qidalanırdı.
Analizlərin nəticələri B12 və D vitaminləri, misin aşağı səviyyəsi və yuxarı səviyyədə sink daxil olmaqla, qidalandlrlcl mikroelementlərin defisitini göstərib. Yeniyetmənin sümüyünün mineral sıxlığı da çox aşağı idi – çox güman, bu, tərkibində D vitaminin az olmasına görə idi. Tom orta məktəbdən bəri güdəlik çipslə, kolbasa və ağ çörəkdən hazırlanmış buterbrodla qidalanıb.
Tomun unikal fenomeni alimləri araşdırma aparmağa sövq etdi – araşdırmanın nəticələri “Annals of Internal Medicine” jurnalında dərc olundu.
Mütəxəssislər Tomun qeyri-sağlam pəhrizinin və qidalandırıcı vitaminlər və mineralların məhdud qəbulu görmə sinirinin nevropatiyasına gətirib çıxarıb – bu da korluğa səbəb olub.
Qidalandırıcı maddələrin defisiti daha nə ilə təhlükə kəsb edir?
Supermarketlərin rəflərindəki malların bolluğuna baxmayaraq, qidalandırıcı maddələrin defisiti dünyada çox yayılıb. Hesab olunur ki, dünyada təxminən 2 milyard insan qida ərzağı problemlərinə görə əziyyət çəkir. Aşağı və orta gəlir səviyəsi olan ölkəlırdə yoxsulluq və qidanın qeyri-adekvat qəbulu qidalandırıcı mikroelementlərin defisitinin əsas səbəbləridir.
Lakin bu problemlərdən ABŞ, İsveç və Böyük Britaniya kimi yüksək gəlirli ölkələr də məhrum deyillər – burada bir qayda olaraq qidalandrıcı maddələr defisiti problemi bağırsaq, dərman qəbulu və pis qidalanma (bəzən isə içki və siqaretdən asılılıq, ya da ikisi də eyni vaxtda) ilə bağlıdır.
Mütəxəssislər qeyd edir ki, keyfiyyətsiz qida və fəstfudla qidalanma, veqanlığın və hətta çiy yemək yemənin artan populyarlığı ilə yanaşı, D və B12 vitaminlərinin defisiti ilə nəticələnə bilər. İş orasındadır ki, bu vitaminlər ət, balıq və süd məhsullarının tərkibindədir. Tomun misalındakı kimi qidalandırıcı əlavələr olmadan ancaq tərəvəz və ya çipslərlə qidalanma ciddi xəstəliklərin inkişafı təhlükəsini yaradır və korluğa gətirib çıxara bilər.
Buna görə də, mütəxəssislər qidalanmanın həmahəng olmalı olduğu qənətinə gəliblər. Əgər hansısa məhsuldan imtina edirsinizsə, tərkibindəki vitaminləri digər ərzaqlardan almalı və ya mütəxəssislərlə məsləhətləşərək lazımi qidalandırıcı əlavələrlə onları bərpa etməlisiniz.
Lakin qeyd edək ki, vitaminləri və digər əlavələri də ancaq analiz nəticələrinə əsaslanan müəlicə edən həkimin tələbi olduğu təqdirdə qəbul etmək lazımdır. Əks halda bəzi vitamin və mineral maddələrin artıq olması da səhhətinizə ziyan vura bilər.
Samirə Məmmədova