Dünyanın ən böyük ikinci pivə istehsalçısı Heineken, pandemiyada düşən satışlar ilə əlaqədar olaraq 8 min nəfəri işdən çıxaracağını açıqladı.
Dünyanın ən böyük ikinci pivə istehsalçısı olan Heineken NV şirkəti, 8 min nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqladı.
Pandemiya dövründə bar və restoranların bağlı qalması səbəbilə satışları azalan irkət, 2023-cü ilə qədər çatmağı hədəflədiyi 2,4 milyard dollarlıq qənaət daxilində cəmi işçi qüvvəsinin onda biri ilə yollarını ayıracaq.
Şirkətin baş ofisində çalışan işçilərdən beşdə biri mart sonuna qədər işdən çıxarılacaq.
Hollandiya şirkətinin Baş direktoru Dolf van den Brink, məhsuldarlığı artırmağı hədəflədiklərini bildirib.
Şirkət 2023-cü ildə 17%-lik əməliyyat mənfəəti nisbətinə çatmağı hədəfləyir.
2020-vi ildə 6% dəyər itirən şirkətin Amsterdam birjasında ticarət olunan səhmləri, bu günkü açıqlamanın ardından 2,1% də dəyərdən düşüb.
Pivə satışları 2020-ci ildə 11,9% nisbətində azalan şirkət, 2021-in ikinci yarısında satışların artmağa başlayacağını gözləyir.
Marja