planet-parni-iz-baku-emtee-nisani-oldu

“Planet Parni iz Baku” əmtəə nişanı oldu

2019-cu ildə Əqli Mülkiyyət Agentliyinə milli əmtəə nişanlarının qeydiyyatına dair 2317 iddia sənədi daxil olub.

İnsider.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, əmtəə nişanlarının qeydiyyatı üçün müraciət edənlər arasında “Planet Parni iz Baku” MMC də var.

Belə ki, “Planet Parni iz Baku”nun ötən il əmtəə nişanı almaq üçün Agentliyə ünvanladığı müraciətinə 2020-ci ilin yanvar ayında müsbət cavab verilib.

© Report