Günəş sisteminin 5 planeti - Merkuri, Venera, Mars, Yupiter və Saturn Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzülüb.
“Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir.
Təbiət hadisəsi şimal yarımkürəsindən şərq və cənub-şərq istiqamətində, cənub yarımkürəsində isə şərq və şimal-şərq istiqamətində müşahidə edilib.
Qeyd edək ki, “Planetlər paradı” Günəş sistemində iki formada olur: Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; Böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin əsl paradı” adlanır”.
Günəş sistemindəki bütün planetlərin ümumi kütləsi Günəşin kütləsinin bir faizini təşkil edir. Yəni bu planetlərin heç birinin Günəşə təsir qüvvəsi yoxdur. Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər bir tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.
Sonuncu dəfə bu nadir astronomik hadisə - Planetlərin əsl paradı 10 mart 1982-ci ildə baş vermişdi ki, həmin vaxt Günəş sistemindəki bütün planetlər Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar. Növbəti bütöv planetlər paradının 2161 və 2492-ci ildə olacağı proqnozlaşdırılır.
Report