ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçirilmiş prezident seçkisində məğlub olduğunu şəxsi söhbətlərdə etiraf edir, ancaq özünə daha çox diqqət cəlb etmək üçün bunu açıq şəkildə söyləmir.
İnsider.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən yazıb.
Mənbələrin məlumatına görə, ABŞ lideri də başa düşür ki, bu gün Senat və ABŞ Konqresinin Nümayəndələr Palatası birgə iclasda Cozef Baydenin qələbəsini təsdiqləyəcək. Mənbələrdən biri bildirib ki, Ağ Evin rəhbəri hətta prezident seçkilərindəki məğlubiyyətdən sadəcə məyus olduğunu etiraf edib.
Hətta iddia olunur ki, Tramp köməkçiləri ilə Vaşinqtondan ayrılaraq Floridadakı Mar-a-Laqo mülkünə yollanmağı da müzakirə edib.
Qəzet qeyd edir ki, dövlət başçısı məğlubiyyəti ilə son həftələrdə barışmalı olub, sadəcə, özünə daha çox diqqəti cəlb etmək üçün seçkidə saxtakarlıq olduğunu söyləməyə davam edir.
Bununla belə, “Politico”nun məlumatına görə, Respublikaçı Trampın komandası Nümayəndələr Palatasında 180, Senatda isə 13 partiyadaşının səsverənlərin səsinin təsdiqlənməsinə qarşı çıxacaqlarına ümir edir.
Report