Polşa və Gürcüstan yaxın gələcəkdə birgə pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.
İnsider.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, bu gün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze “Delta-Webe” Gürcüstan-Polşa şirkətinin pilotsuz uçuş aparatları zavodunun tikintisi ilə tanış olub. Müdafiə naziri Burçuladze qeyd edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan istehsalı olan PUA-ları istehsal edəcək.
“Delta-Webe” Gürcüstan-Polşa şirkəti Polşanın "WB Electronics" şirkəti və Gürcüstanın "Delta" dövlət hərbi elmi-texniki mərkəzi arasında imzalanmış müqavilə əsasında yaradılıb. Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar.
Nazirlik bildirib ki, mərkəzin peşəkar təlimatçıları Müdafiə Qüvvələrinin müvafiq şəxsi heyətini də hazırlayacaqlar.
APA