polsada-yeni-mehdudiyyetler-tetbiq-olunacaq

Polşada yeni məhdudiyyətlər tətbiq olunacaq

Polşada son sutka ərzində bu ilin əvvəlindən bəri rekord sayda koronavirusa yoluxma halı aşkar edilib.

Bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski məlumat verib.

O, bununla əlaqədar bu gün yeni məhdudiyyətlərin elan ediləcəyini söyləyib. “Slovakiya və Çexiyadakı epidemiya vəziyyəti ilə əlaqədar cənub sərhədlərimizə doğru hərəkəti məhdudlaşdırmağa doğru irəliləyirik. Həmçinin şərf və plastik üz qoruyucuların maskaların əvəzi olaraq istifadə edilməsinin qarşısını almaq istəyirik”, - nazir deyib.

Nazir həmçinin hökumətin məhdudiyyətlərin bölgələndirilməsini tətbiq etmək istədiyini söylədi.

Report