Polşanın Xarici İşlər naziri Yaçek Çaputoviç öz istəyi ilə istefa verib.
İnsider.az xəbər verir ki, xarici mətbuatda bu barədə nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayılıb.
“Nazir daha əvvəl prezident seçkilərindən sonra Polşa diplomatiyasının rəhbərini dəyişdirmək üçün yaxşı vaxt olacağını, davamçısının da eyni xətti davam etdirəcəyini, Polşanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirəcəyinə inandığını bildirib”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, Yaçek Çaputoviç 2018-ci ilin yanvar ayından bəri nazirliyin rəhbəri vəzifəsini icra edib. O, istefasının səbəblərini açıqlamayıb.