“Porsche”nin ardından İngiltərə mərkəzli lüks avtomobil istehsalçısı “Bentley” arılçılıqla məşğul olacaq.
İnsider.az xəbər verir ki, şirkət özü üçün yeni sahə olan arıçılıq işini mənimsəyir. Britaniya markasının Kryuda yerləşən mərkəz-qərargahının yaxınlığında iki arı pətəyi quraşdırılıb.
Həmçinin, 2017-ci ildə “Porsche” arı təsərrüfatı təşkil edib və iki ildir ki, uğurla ekoloji təmiz bal ticarəti aparır.
“Bentley”nin arı koloniyası (120 min arı) “Porsche”də olandan (3 milyon arı) daha sadədir, bu da buraxılan məhsulun eksklüzivliyini bir az da artırır. Britaniya markası sezonun sonuna kimi hər pətəkdən 50 banka və ya 30 kiloqram bal götürməyi planlaşdırır.
Qeyd edək ki, şirkət bir bankanın qiymətinin nə qədər olacağını açıqlamır.
©Finans