Almaniyanın “Volkswagen” avtomobil konserninə məxsus olan “Porsche” şirkəti 535 milyon avro həcmində cərimələnib.
İnsider.az xəbər verir ki, lüks idman avtomobilləri və krossoverlər istehsalçısı zərərli tullantılar haqda göstəricilərin saxtalaşdırılmasında ittiham edilir. Alman şirkətinin rəhbərliyi cərilənmə haqda məhkəmə qərarını mübahisələndirməyib.
Xatırladaq ki, 2009-c ildən aparılan təhqiqqata əsasən avtomobillərin zərərli tullantılar səviyyəsinə görə testlərə cavabdeh olan mütəxəsislər öz nəzarət vəzifələrinin icrası zamanı səhlənkarlığlara yol veriblər. Nəticədə 2009-dan buraxılan bəzi avtomobillər Avropa İttifaqının ekoloji normalarına uyğun gəlmir.
©Finans.az