portuqaliya-avrozonada-yuanla-dovlet-istiqrazlari-buraxan-ilk-olke-olacaq

Portuqaliya avrozonada yuanla dövlət istiqrazları buraxan ilk ölkə olacaq

Portuqaliya dünən öz yuanla nominallaşmış dövlət istiqrazlarının yerləşdirilməsinə başladı. Bu, avrozona üzvünün Çin valyutasında olan ilk dövlət borcunun buraxılışı olacaq. Daha əvvəl yuanla öz dövlət istiqrazlarını Polşa və Venqriya yerləşdirmidi, lakin onlar Aİ üzvləri olsalar da, avrozonaya daxil deyillər. İnsider.az bunu "Kommersant" qəzetinə istinadla bildirir.

Portuqaliya təxminən 2 milyard yuan (260 milyon avro) məbləğində üç illik istiqraz yerləşdirməyi planlaşdırır. “CNBC” telekanalına müsahibəsində ölkənin maliyyə naziri Mario Senteno bildirib ki, bu, “orta müddətli dövrdə ölkənin xarici borcunun idarə olunması üzrə müsbət addımdır”. Bundan başqa, Senteno qeyd edib ki, bu yerləşdirmə Portuqaliyanın suveren borcuna investorlar bazasını genişləndirəcək.

Çinin “Macau Daily Times” nəşrinin məlumatına görə, Portuqaliyadan qısa müddət sonra avrozonanın digər üzvü olan Avstriya da yuanla öz dövlət iqstiqrazlarını buraxa bilər. Xəbər verilir ki, Avstriyanın Maliyyə Nazirliyi artıq Çinin ən iri “Industrial and Commercial Bank of China” bankı ilə müvafiq danışıqlar aparır.

Samirə Məmmədova