pos-terminallarin-sayinda-boyuk-azalma

POS-terminalların sayında böyük azalma

Azərbaycanda POS-terminalların sayı 2020-ci ilin may ayında 1641 ədəd, yanvar – may dövründə isə 12 min 441 ədəd  azalaraq 55 min 27 ədədə düşüb.

İnsider.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ilk 5 ayda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 12 min 347 ədəd azalaraq 53 min 624 ədədə geriləyib.

2020-ci ilin ilk 3 ayında cəmi POS-terminalların sayı 3 min 659 ədəd artaraq Mart ayının sonunda 71 min 127 ədədə çatmışdı. Növbəti aylarda POS terminalların sayı azalıb. Cəmi POS-terminalların sayı aprel ayında 14 min 459 ədəd, may ayında isə 1641 ədəd azalıb. Aprel-maydakı cəmi  azalma 16 min 100 ədədir.

2020-ci ilin aprel-may aylarında pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 16 min 12 ədəd azalıb. POS-terminalların sayındakı azalma koronavirus epidemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətəbiq etdiyi dövrə təsadüf edir. 2 ayda 16 min ədəddən çox POS-terminalların qazalması bir çox biznesin iflas olduğuna işarədir. Həmçinin POS-terminal sayındakı azalma 4 bankın lisenziyasının ləğv edilməsi ilə də bağlıdır.

Qeyd edək ki, 2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 80 min 301 ədədə çatmışdı.

Marja