prezidentden-senedsiz-evlerle-bagli-muhum-tapsiriq

Prezidentdən sənədsiz evlərlə bağlı mühüm tapşırıq

Prezident İlham Əliyev sənədsiz evlərin rəsmiləşdirilməsi üçün müvafiq tapşırıq verib. 

İnsider.az xəbər verir ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonu Binəqədi qəsəbəsində sakinlərlə görüşündə məlumat verib. 

Onun sözlərinə görə, tapşırığa uyğun olaraq, xüsusi komissiya yaradılıb:

“Bəzi sakinlər uzun illər yaşadığı evi rəsmiləşdirə bilmir. Yəqin ki, yaxın günlərdə bu məsələ nəinki Bakıda, bütün respublikada öz həllini tapacaq”.