prezidentin-komekcisi-koronavirusdan-olenlerin-99-i-vaksin-vurdurmayanlardir

Prezidentin köməkçisi: "Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır"

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayan şəxslərdir”.

İnsider.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

"Bu bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir", - deyə o, qeyd edib.

Ş.Mövsümov həmçinin sentyabra qədər bir sıra müəssisələrdə məcburi peyvəndlənmə olacağını da bildirib.

“Report”