prezidentlik-teqaudunden-imtina-etdi

Prezidentlik təqaüdündən imtina etdi

Fransa Prezidenti Emmanuel Makron, ölkədə bir müddətdir davam edən etirazlarda siyasətçilərin imtiyazlarına dair ifadə edilən hirsi yatırmaq məqsədilə Prezidentlik təqaüdündən imtina etdiyini açıqlayıb.

Bu həftə sonu 42 yaşına girən Makron, yaşdan asılı olmadan prezidentlik vəzifəsini tamamlayan hər kəsə avtomatik olaraq verilən aylıq 6000 avro təqaüdü almayacaını açıqlayıb. Marron, 50 ildən çox müddətdir bunu edən ilk Fransa Prezidenti olub.

Macron konstitusiya məhkəməsində də vəzifə tutmayacaq.

Fransada keçmiş dövlət başçıları 13 min 500 avro maaşla ömür boyu bu məhkəmənin üzvü olaraq vəzifə yerinə yetirirlər.

Yelisey Sarayından bir rəsmi bunun "nümunəvi bir davranış" olduğunu söyləyib.

Marja