31 iyul 2019-cu il tarixinə 13 milyard 681,3 milyon manatlıq cəmi kredit qoyuluşlarının 10,9%-i və ya 1 milyard 487,4 milyon manatı problemli (ödəmə vaxtı keçmiş kredit) olub.
İnsider.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, İyulda ödəmə vaxtı keçmiş kreditlər 0,9 milyon manat artıb. Belə ki, İyunun sonunda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 486,5 milyon manat təşkil etmişdi.
Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərində xüsusi çəkisi isə 11%-dən 10,9%-ə düşüb. Azalmanın səbəbi kredit qoyuluşlarının iyulda 198,8 milyon manat artaraq 13 milyard 482,56 milyon manatdan 13 milyard 681,3 milyon manata yüksəlməsi ilə bağlıdır.