“ProKredit” BOKT ASC audit hesabatını dərc etdi
“ProKredit” BOKT ASC 31 dekabr 2019-cu il üzrə maliyyə hesabatını dərc edib. Hesabat “ProKredit” BOKT ASC -nin maliyyə vəziyyəti, həmin tarixdə bitən il üzrə mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında göstəriciləri, əsas uçot prinsiplərinin xülasəsi və digər izahedici qeydləri əks etdirir.
İnsider.az “PKF Audit Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin də təsdiq etdiyi maliyyə hesabatına istinadən xəbər verir ki, “ProKredit” BOKT ASC 2019-cu ili 22399 manat xalis mənfəətlə başa vurub.
2018-ci ildə faiz gəlirləri 295 221 manat ikən, 2019-cu ildə 971 691 manata olub.
31 dekabr 2019-cu il tarixində “ProKredit” BOKT ASC 2 372 646 manat cəmi aktivlərə malik olub. BOKT 2018-ci ilin sonunda 3 552 312 manat cəmi aktivlərə malik idi.
2018-ci ildə 173 096 manat olan kreditlər üzrə ehtiyatlardan sonra xalis faiz gəlirləri isə 2018-ci ildə 231 439 manat təşkil edib.
Təşkilat və onun fəaliyyəti Təşkilat Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 28 Fevral 2011-ci il tarixində “ProKredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin adı ilə qeydiyyatdan keçmiş və 1302391181 nömrəli VÖEN almışdır. Təşkilat əsas fəaliyyət sahəsi fiziki və hüquqi şəxslərə, o cümlədən sahibkarlara, az təminatlı icmalara, qaçqın və məcburi köçkünlərə və digər şəxslərə qısa və uzun müddətli kreditlərin verilməsindən ibarətdir. Təşkilat tərəfindən verilmiş kreditlər daşınar və daşınmaz əmlakın girovu, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər.