Bank olmayan kredit təşkilatı “ProKredit” BOKT ASC audit hesabatını dərc edib. 2011-ci ildə təsis edilən şirkət orta biznes, start-up şirkətlərə və fərdi tələbləri qarşılamq üçün kreditlər təqdim edir.
“ProKredit” BOKT ASC 31 dekabr 2020-ci il üzrə maliyyə hesabatını təqdim edib. Hesabat “ProKredit” BOKT ASC -nin maliyyə vəziyyəti, həmin tarixdə bitən il üzrə mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında göstəriciləri, əsas uçot prinsiplərinin xülasəsi və digər izahedici qeydləri əks etdirir.
İnsider.az “PKF Audit Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin də təsdiq etdiyi maliyyə hesabatına istinadən xəbər verir ki, “ProKredit” BOKT ASC 2020-ci ili 21 490.61 manat xalis mənfəətlə başa vurub.
2019-cu ildə faiz gəlirləri 971 691 manat ikən, 2020-ci ildə 341 672.78 manat olub.
31 dekabr 2020-ci il tarixində “ProKredit” BOKT ASC 2 846 397.89 manat cəmi aktivlərə malik olub. BOKT 2019-cu ilin sonunda 2 360 467.14 manat cəmi aktivlərə malik idi.
2020-ci ildə 175 449.95 manat olan kreditlər üzrə ehtiyatlardan sonra xalis faiz gəlirləri isə 2020-ci ildə 151 644.66 manat təşkil edib.
Təşkilat və onun fəaliyyəti Təşkilat Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 28 Fevral 2011-ci il tarixində “ProKredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin adı ilə qeydiyyatdan keçmiş və 1302391181 nömrəli VÖEN almışdır. Təşkilat əsas fəaliyyət sahəsi fiziki və hüquqi şəxslərə, o cümlədən sahibkarlara, az təminatlı icmalara, qaçqın və məcburi köçkünlərə və digər şəxslərə qısa və uzun müddətli kreditlərin verilməsindən ibarətdir. Təşkilat tərəfindən verilmiş kreditlər daşınar və daşınmaz əmlakın girovu, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər.