“ProKredit” BOKT ASC 31 dekabr 2018-ci il üzrə maliyyə hesabatını dərc edib. Hesabat “ProKredit” BOKT ASC -nin maliyyə vəziyyəti, həmin tarixdə bitən il üzrə mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında göstəriciləri, əsas uçot prinsiplərinin xülasəsi və digər izahedici qeydləri əks etdirir.
İnsider.az “PKF Audit Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin də təsdiq etdiyi maliyyə hesabatına istinadən xəbər verir ki, “ProKredit” BOKT ASC 2018-ci ili 1 105 manat xalis mənfəətlə başa vurub. BOKT 2017-ci ili 8 380 xalis mənfəətlə bağlamışdı.
2017-ci ildə faiz gəlirləri 699 854 manat ikən, 2018-ci ildə 295 221 manata düşüb. Ümumi faiz gəlirlərinin tərkib hissəsi olan müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri də 699 854 manatdan 295 221 manata enib. BOKT-un qeyri-faiz gəlirləri isə 5 491 manatdan 177 122 manata qədər irəliləyib.
31 dekabr 2018-ci il tarixində “ProKredit” BOKT ASC 3 552 312 manat cəmi aktivlərə malik olub. BOKT 2017-ci ilin sonunda 3 697 013 manat cəmi aktivlərə malik idi.
2017-ci ildə 145 045 manat olan kreditlər üzrə ehtiyatlardan sonra xalis faiz gəlirləri isə 2018-ci ildə 173 096 manat təşkil edib.
Nigar Orucova