“ProKredit” BOKT ASC audit hesabatını açıqladı.
“ProKredit” BOKT ASC 31 dekabr 2022-ci il üzrə maliyyə hesabatını dərc edib. Hesabat “ProKredit” BOKT ASC -nin maliyyə vəziyyəti, həmin tarixdə bitən il üzrə mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında göstəriciləri, əsas uçot prinsiplərinin xülasəsi və digər izahedici qeydləri əks etdirir.
İnsider.az “MAX Audit” Məhdud Məsuliyyətli Cəmiyyətinin də təsdiq etdiyi maliyyə hesabatına istinadən xəbər verir ki, “ProKredit” BOKT ASC 2022-cı ili 46.990 manat xalis mənfəətlə başa vurub.
2021-ci ildə faiz gəlirləri 431,920 manat ikən, 2022-ci ildə 520,580 manata olub.
31 dekabr 2022-cu il tarixində “ProKredit” BOKT ASC 1,817,330 manat cəmi öhdəliklərə malik olub. BOKT 2021-ci ilin sonunda öhdəliklərin cəmi 2,114,720 manat idi.
Cari ildə sözügedən bank olmayan kredit təşkilarının cəmi kapitalı 1,057,950 olub, qeyd edək ki, ötən il 999,320 manat təşkil edib.
Məlumat “ProKredit” BOKT ASC-nin https://www.prokredit.az saytından götürülüb.
Təşkilat və onun fəaliyyəti Təşkilat Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 28 Fevral 2011-ci il tarixində “ProKredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin adı ilə qeydiyyatdan keçmiş və 1302391181 nömrəli VÖEN almışdır. Təşkilat əsas fəaliyyət sahəsi fiziki və hüquqi şəxslərə, o cümlədən sahibkarlara, az təminatlı icmalara, qaçqın və məcburi köçkünlərə və digər şəxslərə qısa və uzun müddətli kreditlərin verilməsindən ibarətdir. Təşkilat tərəfindən verilmiş kreditlər daşınar və daşınmaz əmlakın girovu, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər.