pul-kutlesi-ilin-evvelinden-daha-da-artib

Pul kütləsi ilin əvvəlindən daha da artıb

Bu ilin iyul ayının sonuna Azərbaycanda geniş pul kütləsinin həcmi 25 642,3 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 358,1 mln. manat və ya 1,4% çoxdur.

İnsider.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, ilin əvvəlindən bu göstərici 1 581,9 mln. manat və ya 6,6%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 914,3 mln. manat və ya 12,8% artıb.

Cari ilin iyulun sonuna ölkədə manatla geniş pul kütləsinin həcmi 16 182,2 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 347,9 mln. manat və ya 2,2%, ilin əvvəlindən 1 538,6 mln. manat və ya 10,5%, son bir ildə isə 2 535 mln. manat və ya 21,2% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

©APA