putin-abs-tehlukesine-qarsi-tedbir-gorulmesini-tapsirdi

Putin ABŞ təhlükəsinə qarşı tədbir görülməsini tapşırdı

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın uçuş məsafəsi 500 kilometrdən çox olan yeni "Tomohawk" raketinin sınaqlarına "simmetrik cavab hazırlamaq üçün hərtərəfli tədbirlər" görməyi tapşırıb.

İnsider.az xəbər verir ki, V.Putin bu barədə Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə belə bəyanatla çıxış edib.

Rusiya lideri qeyd edib ki, bu cür raketlər orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə ilə qadağan olunub.

O, sınaq zamanı MK-41-in universal atıcı qurğudan istifadəsinə də diqqət çəkib.

V.Putinin sözlərinə görə, onun quruda yerləşdirilməsi razılaşmaya ziddir.

"Amerikalılar bunu qəti şəkildə rədd edirlər. İddia edirlər ki, yerüstü МK-41 "Tomahawk" dəniz bazalı qanadlı raketlərin buraxılmasına qadir deyil. Amma indi pozuntu faktı göz qabağındadır. Ona etiraz etmək mümkün deyil, onlar özləri bu barədə deyiblər".

Rusiya lideri əlavə edib ki, qadağan edilmiş xüsusiyyətləri olan silahların sınaqdan keçirilməsi müqavilənin başa çatmasından 16 gün sonra baş verib.

V.Putin yeni yaranan şərtləri nəzərə alaraq Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara tapşırıb ki, ABŞ-ın hərəkətləri ilə Rusiyaya qarşı təhlükənin səviyyəsini təhlil etsinlər. Eyni zamanda, simmetrik cavabın hazırlanması üçün hərtərəfli tədbirlər görməyi tapşırıb.

Oxu.Az