Rusiya Prezidenti Vladimir Putin, Jo Baydeni ABŞ-ın Prezidenti olaraq tanımaq üçün hazır olmadığını bildirib.
Rusiya Prezidenti Vladimir Putin, hər hansı bir ABŞ lideri ilə işləmək üçün hazır olduğunu, lakin Jo Baydenin seçkidəki qələbəsini tanımaq üçün hələ özünü hazır hiss etmədiyini söyləyib.
İnsider.az xəbər verir ki, Bazar günü Rusiya dövlət televiziyasına danışan Putin, "Amerikan xalqının etibarını qazanmış hər hansı birilə işləyə bilərik. Lakin bu güvən, müxalifət partiyasının namizədin zəfərini tanıması halında verilə bilər ya da seçki nəticələri qanuni olaraq, hüquqi bir şəkildə təsdiqləndikdən sonra",- deyib.
Putin, Baydenin seçki zəfərinin təbrik edilməməsinin altında yatan hər hansı gizli bir səbəb olmadığını bildirib, belə bir hərəkətin ABŞ-Rusiya əlaqələrinə zərər verib-verməyəcəyi sualına, "Zərər vurulacaq bir şey yoxdur, əlaqələr onsuz da məhv olmuş vəziyyətdədir" deyib.
Marja